• (+994) 51 333 70 33
  • Be - C 9:00 To 18:00
  • Baş ofis: Azadlıq M çıxışı, Hollywood mərtəbə- 4

Qobu  Yaşayış Kompleksi

image

ÜMUMİ GÖSTƏRİCİLƏR:
1. Layihənin memarlıq inşaat həlli "Layihələndirmə tapşırığı", sifarişçi tərəfindən razılaşdırılmış
" Eskiz layıhəsi ", Azərbaycan Respublikası ərazisində qüvvədə olan tikinti norma və qaydaları
və aşağıdakı ilkin məlumatlar əsasında işlənilmişdir:
- temperaturun mütləq minimum göstəricisi qış aylarında - -4.0°C
- qar örtüyünün çəkisi - I zona - 0.8 KPa
- küləyin təzyiqi - VI zona - 0.73 KPa
- tikinti meydançasının seysmikliyi - 8 2 bal
- odadavamlılıq dərəcəsi - II
- funksional yanğın təhlükəsinə görə sinfi - Ф 1.3
- məsuliyyət səviyyəsi - II normal (№ 2)
2. Şərti ±0.000 ( 9.50 ) səviyyəsi 1-ci mərtəbənin döşəmə konstruksiyasının
üst səviyyəsi qəbul edilmişdir.
3. Binanın konstuksiyası dəmir - beton karkasdan ibarətdir.
4. Bünövrə: d/b monolit tavadır.
5. Arakəsmələr 180 x 180 x 80 mm içiboşluqlu kərpicdən hörülür. Hörgüyə hər 400 mm - dən bir üfüqü istiqamətdə
2 ø 4 bp 1-milləri qoyulmalıdir. Hörgünün uzunluğu 3 m- dən çox olduqda hər 1500 mm- dən bir 2 ø 16 A III - 200mm addımlı
ø 8 A I armaturlarindan yığılmış şaquli karkas qoyulur.
6. Xarici və daxili divarlar öz aralarında və sütunlarla qovuşma yerlərində hörgünün hündürlüyü boyunca şaquli istiqamətdə
hər h=60 sm-dən bir gücləndirici metal tor qoyulmaqla hörülür.
7. Xarici divarlarda pəncərə və qapı boşluqlarının ölçüləri üzlük materialı nəzərə alınmadan verilmişdir.
8. Mühəndis kommunikasiyaları üçün dəliklər МH-8, MH-9, MH-28 və МH-29 cizgilərinə əsasən, rigellərə müdaxilə edilmədən
mərtəbəarası örtükdə açılır. Sonradan deşiyin ətrafı М"100" - sement məhlulu ilə doldurulur. Ventilyasiya blokları
180x180x80 mm olan yüngül boşluqlu kərpicdən, 50 markalı sement-qum məhlulu ilə hörülür. Ventilyasiya blokları 50x5 ölçülü
bucaqlıqlarla hündürlükləri boyu haşiyələnir və 500 mm-dən bir Ø6 A1 ölçülü armaturlarla bağlanır.
Quraşdırma işləri bitdikdən sonra tor üzərindən suvaqlanır.
9. Döşəmələrin vurulmasına mühəndis boruları quraşdırıldıqdan sonra başlanılır.
10. Binanın damı +28.200 və +32.200 səviyyələrində dəmir-beton monolit tavadan ruberoid əsaslı düz dam olaraq layihələndirilib.
11. Binanın 1-ci mərtəbəsindəki qeyri yaşayış sahəsi geyim malları satış sahəsi olaraq nəzərdə tutulur.
12. Lift qurğuları "SİGMA" lift şirkətinin DSS modelli 1000 kq-liq 1 ədəd sərnişin lifti nəzərdə tutulub. Liftlərin sürəti 1m/san,
lift çalasının dərinliyi 1.40 m - dir.
13. Yaşayış binasının zirzəmi mərtəbəsinin divarları mişarlanməş əhəngdaşı, qeyri-yaşayış mərtəbəsinin xarici divarları
mişarlanmış əhəng daşı, yaşayış mərtəbələrinin xarici və daxili divar hörgüsü isə boşluqlu kərpic materialından nəzərdə tutulur.
Zirzəmi mərtəbəsində mişarlanmış əhəng daşından istifadə olunacaq xarici divar hörgüsünün sahəsi 519.48 m²,
sayı isə 12987 ədəd, daxili divar hörgüsündə istifadə olunacaq mişardaşı hörgüsünün sahəsi 38.16 m²,
sayı isə 954 ədəd təşkil edir.
1- ci mərtəbədə 40 sm qalınlıqlı mişarlanmış əhəng daşından olan xarici divar hörgüsünün sahəsi 340.99 m²-dir,
istifadə olunacaq mişar daşının sayi 8525 ədəd (1m² xarici hörgüyə düşən 25 ədəd daş hesabı ilə), daxili divar
hörgüsündə istifadə olunacaq mişardaşı hörgüsünün sahəsi 84.72 m², sayı isə 2118 ədəd təşkil edir.
2-9-cu mərtəbələr və liftin maşın şöbəsi kimi layihələndirilən texniki mərtəbənin qalınlığı 30 sm olan xarici divar hörgüsünün
sahəsi 2520.04 m², daxili 30 sm-lik divar hörgüsünün sahəsi 2245.72 m², daxili 20 sm-lik hörgüsünün sahəsi 246.66 m²,
daxili 10 sm-lik hörgüsünün sahəsi isə 4533.15 m² təşkil edir.
Daxili divarlar və xarici divarın daxili səthləri, tavan suvanır - 11031.13 m² tavan sahəsi, 25444.06 m² divar sahəsi.
Fasadlar mərmər tozlu suyadavamlı fasad boyası ilə boyanır, sahəsi 7691.14 m².
kürsü divarları, binaya giriş pilləkənləri keramoqranit üzlük daşından, sahəsi 177.66 m².