ÜMUMİ GÖSTƏRİCİLƏR:
1. Layihənin memarlıq inşaat həlli "Layihələndirmə tapşırığı", sifarişçi tərəfindən razılaşdırılmış
" Eskiz layıhəsi ", Azərbaycan Respublikası ərazisində qüvvədə olan tikinti norma və qaydaları
və aşağıdakı ilkin məlumatlar əsasında işlənilmişdir:
- temperaturun mütləq minimum göstəricisi qış aylarında - -4.0°C
- qar örtüyünün çəkisi - I zona - 0.8 KPa;
- küləyin təzyiqi - VI zona - 0.73 KPa;
- tikinti meydançasının seysmikliyi - 8 2 bal;
- odadavamlılıq dərəcəsi - II;
2. Şərti ±0.000 ( 65.400 ) səviyyəsi 1-ci mərtəbənin döşəmə konstruksiyasının
üst səviyyəsi qəbul edilmişdir.
3. Binanın konstuksiyası dəmir - beton karkasdan ibarətdir.
4. Bünövrə: d/b monolit tavadır.
5. Arakəsmələr 180 x 180 x 80 mm içiboşluqlu kərpicdən hörülür. Hörgüyə hər 400 mm - dən bir üfüqü istiqamətdə
2 ø 4 bp 1-milləri qoyulmalıdir. Hörgünün uzunluğu 3 m- dən çox olduqda hər 1500 mm- dən bir 2 ø 16 A III - 200mm addımlı
ø 8 A I armaturlarindan yığılmış şaquli karkas qoyulur.
6. Xarici və daxili divarlar öz aralarında və sütunlarla qovuşma yerlərində hörgünün hündürlüyü boyunca şaquli istiqamətdə
hər h=60 sm-dən bir gücləndirici metal tor qoyulmaqla hörülür.
7. Xarici divarlarda pəncərə və qapı boşluqlarının ölçüləri üzlük materialı nəzərə alınmadan verilmişdir.
8. Mühəndis kommunikasiyaları üçün dəliklər İL-6, İL-9, İL-10 cizgilərinə əsasən, rigellərə müdaxilə edilmədən
mərtəbəarası örtükdə açılır. Sonradan deşiyin ətrafı М"100" - sement məhlulu ilə doldurulur. Ventilyasiya blokları
180x180x80 mm olan yüngül boşluqlu kərpicdən, 50 markalı sement-qum məhlulu ilə hörülür. Ventilyasiya blokları 50x5 ölçülü
bucaqlıqlarla hündürlükləri boyu haşiyələnir və 500 mm-dən bir Ø6 A1 ölçülü armaturlarla bağlanır.
Quraşdırma işləri bitdikdən sonra tor üzərindən suvaqlanır.
9. Döşəmələrin vurulmasına mühəndis boruları quraşdırıldıqdan sonra başlanılır.
10. Binanın damı +30.600 və +33.900 səviyyələrində dəmir-beton monolit tavadan ruberoid əsaslı düz dam olaraq layihələndirilib.
11. Binanın 1-ci mərtəbəsindəki qeyri yaşayış sahəsi geyim malları satış sahəsi olaraq nəzərdə tutulur.
12. Lift qurğuları "SİGMA" lift şirkətinin DSS modelli 1000 kq-liq 1 ədəd sərnişin lifti nəzərdə tutulub. Liftlərin sürəti 1m/san,
lift çalasının dərinliyi 1.40 m - dir.
13. Yaşayış binasının zirzəmi mərtəbəsinin divarları mişarlanməş əhəngdaşı, qeyri-yaşayış mərtəbəsinin xarici divarları,
yaşayış mərtəbələrinin xarici və daxili divar hörgüsü isə boşluqlu kərpic materialından nəzərdə tutulur.
Zirzəmi mərtəbəsində qalınlığı 40 sm olan mişarlanmış əhəng daşından olan xarici divar hörgüsünün sahəsi 644.40 m²-dir,
istifadə olunacaq mişar daşının sayi 16110 ədəd (1m² xarici hörgüyə düşən 25 ədəd daş hesabı ilə).
Binanın fasadı suvanaraq mərmər tozlu suyadavamlı fasad boyası ilə boyanır, sahəsi 7529.1 m².
Binaya giriş pilləkənlərin divarları, pandus divarları və kürsü divarı mişarlanmış əhəng daşı (Ağlay) ilə üzlənir, sahəsi 221.7 m².